XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2017 - 19:12

Mərkəzi Bankın İdarə Heyətinə yeni namizədlər irəli sürülüb –Parlamentdə müzakirə

MM 1

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin növbəti iclası  keçirilib.

MM-dən verilən məlumata görə, komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələləri təqdim edib.

İlk olaraq Alim Səlim oğlu Quliyevin, Vadim Ələddin oğlu Xubanovun, Aftandil Qasım oğlu Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi barədə məsələyə baxılıb.

Bu sənədlə əlaqədar Ziyad Səmədzadə, Ağalar Vəliyev, Şəmsəddin Hacıyev, Xanhüseyn Kazımlı, Əli Məsimli, Mahir Abbaszadə, Aydın Hüseynov, İlham Əliyev, Rüfət Quliyev, Cavid Qurbanov  çıxış edərək hər üç şəxsin bank sektorunda uzun illik səmərəli fəaliyyətindən, ölkənin pul-kredit və maliyyə  sistemində həm nəzəri, həm praktik bacarıqlarından söz açıblar.

Sonra Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Dövlət  satınalmaları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Ədliyyə Nazirliyinin nümayəndəsi Elçin Nəsibov məlumat  verib. 

İclasda Vergi Məcəlləsinə və “Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı və dövlət  reyestri haqqında” qanun layihəsinə edilən texniki  dəyişikliklərə də baxılıb. Komitədə müzakirə olunan bütün sənədlərin Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim edilməsi  qərara  alınıb. /APA