XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2015 - 08:08

Nemtsovun qətli işində yeni fiqur peyda olub

O, qətlin hər bir iştirakçısına 5 milyon rubl vəd edib

Картинки по запросу убийство бориса немцова

Müxalif siyasətçi Boris Nemtsovun qətli işində yeni fiqur peyda olub. Cinayətin həyata keçirilməsi üçün avtomobil və tapança təşkil etmiş şəxsin adı və soyadı Rusiya İstintaq Komitəsinə və əməliyyatçılara məlumdur.

Strateq.az “Коммерсант”а isnadən bildirir ki, Zaur Dadayevin ifadəsinə görə, həmin şəxs qətlin hər bir iştirakçısına 5 milyon rubl vəd edib. O özünü “Ruslik” kimi təqdim edib.

Nəşr yazır ki, “Ruslik” hələlik axtarışa verilməyib, çünki müstəntiqlər onun cinayətə mümkün aidliyi barədə digər dəlilləri toplayırlar. Onun barəsində istintaqla əməkdaşlıq edən Dadayev məlumat verib. Potensial fiqurun adı və soyadı hələlik açıqlanmır.