XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 08:55

Tramp:“ABŞ-ın hərbi büdcəsi əlavə olaraq 30 mlrd. dollaradək artırıla bilər”

tramp-donald-00

ABŞ prezidenti Donald Tramp ölkənin hərbi büdcəsinin əlavə olaraq 30 mlrd. dollaradək artırıla biləcəyini bəyan edib.

Senatın Silahlı Qüvvələr üzrə Komitəsinin sədri Con Makkeyn təklif olunan məbləğin az olduğunu qeyd edib.  

“Biz ordunuza daha çox pul xərcləmək istəyirik. Əslində biz xərcləri daha 30 mlrd. dollar artıra bilərik”, – deyə Tramp “Fox News” telekanalına müsahibəsində senatorun tənqidinə cavab olaraq bildirib.    

ABŞ administrasiyası martın 16-dək Konqresə təqdim edəcəyi 2018-ci maliyyə ili üçün federal büdcə layihəsində hərbi büdcənin 54 mlrd. dollaradək artırılması nəzərdə tutulub. /APA