XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 11:19

ATƏT-in səhra köməkçiləri hazırda Ağdamda- Monitrorinq başladı

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq cəbhənin Ağdam rayonunun Çəmənli kəndi istiqamətində, qoşunların qarşıdurma xəttində monitorinqə başlayıb.

Bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, səhər saatlarında səhra köməkçiləri ilə Ağdam rayon İcra Hakimiyyətində görüş keçirilib və onlara təmas xəttindəki vəziyyətlə bağlı məlumat verilib. Görüşdən sonra səhra köməkçiləri monitorinqə start verib.

Xatırladaq ki, monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun keçirilir. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə səfir Anjey Kasprşik, onun səhra köməkçiləri Gennadi Petrika və Xristo Xristov keçirir.