XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 12:12

Ombudsman Aparatı:15 il ərzində 148 750 müraciət daxil olub

elmira

Ombudsmanın 15 illik fəaliyyəti dövründə onun ünvanına 148 750 müraciət daxil olub. Yalnız 2016-cı ildə 18 740 müraciət daxil olub.

"Trend"in məlumatına görə, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, həmin müraciətlərin 70,1 faizi şikayətlərdən, 29,9 faizi ərziələrdən ibarət olub. Ümumilikdə 2016-cı ildə müvəkkil tərəfindən 36 36 şəxs qəbul edilib.

A.Səfixanlı qeyd edib ki, şikayətlərin müvəkkilin səlahiyyətinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatların, sübutların, faktların olmaması səbəbindən onların 57,4 faizinin baxılmasından imtina edilib. Şikayətlərin 42,6 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların da 63,6 faizi təmin olunub.