XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 13:47

Mətni göz işarəsi ilə yığa bilənproqram yaradıldı

ABŞ-ın “Microsoft” korporasiyasının mühəndisləri gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram tərtib ediblər.

İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, korporasiya nümayəndələri bildirir ki, proqram fiziki məhdud imkanlı insanlara ünsiyyət yaratmaqda kömək göstərmək üçün nəzərdə tutulub. 

Məhsulun yaradılması zamanı “Microsoft” mühəndislərinə ABŞ-ın Kolumbiya dairəsindəki Vaşinqton Elmi Universitetinin mütəxəssisləri texniki dəstək göstərib. Proqram “Eye-gaze” adlandırılıb. O, videokameraya smartfon və ya fablet istifadəçilərinin gözlərinin hərəkətini izləməyə imkan verir.

Proqram göz bəbəklərinin hərəkət trayektoriyasını yadda saxlayaraq, məlumatları virtual klaviaturanın düymələrinə keçirərək modelləşdirməyə qadirdir. 

Unikal proqramın istifadəsi ilə mürəkkəb bir cümlənin yığılma vaxtı dəqiqə yarım təşkil edəcək.