XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2017 - 16:08

“YouTube”da efir telekanallarına baxmaqmümkün olacaq

“YouTube” istifadəçiləri tezliklə otuzdan çox telekanala birbaşa efirdə baxa biləcəklər. “Google” şirkətinə məxsus servisin baş direktoru Syuzan Voyjiski xidmətin pullu olacağını və abunə ilə təqdim ediləcəyini bildirib.

Azərtac “vesti.ru” saytına istinadən xəbər verir ki, real vaxt rejimində ABŞ-ın “ABC”, “CBS”, “NBC” və “Fox”, eləcə də idman kanalları daxil olmaqla, 30 kabel televiziyası kanallarına baxmaq mümkün olacaq. Baş direktorun qənaətinə görə, bu addım “YouTube”a televiziya kontentinə maraq göstərən, lakin televizor qarşısında əyləşmək istəməyən gəncləri cəlb etməklə auditoriyanı genişləndirməyə imkan verəcək.

Məlumata görə, yaxın aylarda ABŞ-da “YouTube TV” üçün 35 dollar aylıq abunə haqqı ödəməklə xidmətdən istifadə mümkün olacaq. Bir abunə ilə 6-dək “YouTube” hesabı televiziyanı seyr edə biləcək ki, bu da, məsələn, servisə müxtəlif hesablarla daxil olan eyni ailə üzvləri üçün rahatlıq yaradacaq.

“YouTube”da ödənişli video xidməti əvvəllər də mövcud olub. 2015-ci ildə istifadəçilərə məxsusi olaraq videohostinq üçün istehsal olunan kontentə reklamsız baxmağa imkan verən “YouTube Red” xidməti istifadəyə verilib.