XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 19:27

ANAMA mütəxəssisləri Cocuq Mərcanlıda altı evəbaxış keçirib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində altı evə baxış keçiriblər. Baxış zamanı 468 qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat tapılmayıb. Gün ərzində 30 min 767 kvadratmetr ərazi (6,5 min kvadratmetr əl ilə, 10,7 min kvadratmetr mexaniki üsulla, 13 min 567 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

ANAMA-dan bildiriblər ki, 26 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 109 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Bu zaman doqquz partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi, 1 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VL” raketi, 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası və 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi) və 3 ədəd piyada əleyhinə “OZM-72” minası və 26 ədəd tank əleyhinə mina (2 ədəd “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı – “MVZ-57”) aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 773 min 217 kvadratmetr ərazi (373 min 969 kvadratmetr əl ilə, 184 min 200 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 102 min 48 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən martın 1-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 113 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Baxış zamanı 1968 partlamamış hərbi sursat, tank əleyhinə 64 və piyada əleyhinə 5 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 806 min 811 kvadratmetr ərazi – 407 min 563 kvadratmetr əl ilə, 184 min 200 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 102 min 48 kvadratmetr minaaxtaran itlərlə yoxlanılıb.