XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

30 Mart 2015 - 09:22

Tiflisdə larinin dəfni təşkil olundu

Tədbir sosial şəbəklər vasitəsilə təşkil olunub

Gürcüstan QHT-ləri keçmiş baş nazir Bidzina İvanişvilinin iqamətgahı önündə milli valyutanın səhnələşdirilmiş dəfn mərasimini təşkil edib.

Strateq.az Gürcüstan mətbuatına əsasən xəbər verir ki, aksiya təşkilatçıları pul əskinasları ilə doldurulmuş tabutu iqamətgahın qabağına gətirərək qışqırıblar: “22 yaşlı lari ikiillik xəstəlikdən sonra vəfat edib”, “Larinin vəfatına görə başsağlığı veririk”.

Tədbir sosial şəbəklər vasitəsilə təşkil olunub.

“Apriori” QHT-nin sədri və aksiyanın təşkilatçısı Beso Şengeliya bildirib ki, “Aksiya İvanişvili “Lari gümrah durumdadır” deyəndən dərhal sonra planlaşdırılıb. Biz milli valyutaya yas tuturuq. Larinin vəfatı İvanişvilinin xidmətidir”.

Qeyd edək ki, lari ötən ilin noyabrından sürətlə ucuzlaşmağa başlayıb.