XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

30 Mart 2015 - 09:39

Yəməndə yaşayan azərbaycanlılarla bağlı AÇIQLAMA

84c85940f236b88cd26bcd438c525f30

“Ədəndə yaşayan azərbaycanlılar ölkədən çıxmaq istəmədiklərini dedilər”


“Yəməndəki hadisələrlə bağlı Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə müraciət edən olmayıb”. APA-nın məlumatına görə, bunu Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri, Yəməndə də akkreditə olunmuş Rasim Rzayev deyib. O bildirib ki, səfirlikdə rəsmi şəkildə Yəməndə yaşayan 3 nəfər qeydiyyatdan keçib: “Onlar Ədəndə yaşayır. Yəməndə vəziyyət gərginləşəndə biz onlara müraciət etdik. Onlar vəziyyətin sabit olduğunu, çıxmaq istəmədiklərini dedilər”.
Səfirin sözlərinə görə, Azərbaycan tərəfi bir neçə dəfə Yəmən Xarici İşlər Nazirliyinə orada yaşayan azərbaycanlıların rəsmi qeydiyyata alınmasında kömək göstərilməsi xahişi ilə müraciət edib. R. Rzayev hazırda Yəməndə real olaraq nə qədər azərbaycanlının yaşadığı barədə məlumatın olmadığını söyləyib.
Diplomat qeyd edib ki, Yəməndə vəziyyətin daha da pisləşəcəyi halda Türkiyənin həmin ölkədəki səfirliyinə azərbaycanlıların ölkədən çıxarılması işində kömək etmələri barədə müraciət olunmuşdu: “Lakin Türkiyə öz səfirliyinin fəaliyyətini dayandırdı. İndi Rusiyanın bu ölkədəki səfirliyi ilə danışıqlar aparılıb. Onlar hər cür köməyə hazır olduqlarını bildiriblər”.