XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2017 - 12:24

Bolqarıstan və Yunanıstan Azərbaycanda birgəlogistika mərkəzi açacaq

Yunan 3

Bolqarıstan və Yunanıstan Azərbaycanda birgə logistika mərkəzi yaratmaq niyyətindədir.

Bu məsələ Burqas şəhərinin (Bolqarıstan) meri Dimitr Nikolov və Aleksandrupolis şəhərinin (Yunanıstan) meri Yevangelis Lambakisin görüşü zamanı müzakirə edilib.

Görüşdə tərəflərin müzakirə mövzusu Bolqarıstan və Yunanıstanın bu iki şəhəri arasında dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi və elektrikləşdirilməsi ilə bağlı olub.

Bundan başqa, hər iki şəhərin meri Azərbaycan da daxil olmaq, Rusiya, Moldova, Ermənistanda Burqas və Aleksandrupolis arasında daşınacaq yüklər üçün birgə logistika mərkəzlərinin yaradılması barədə qərar qəbul ediblər. /"Report"