Rusiyadan Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C-180" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Bu barədə “Report”a DGK-dan bildirilib.
Məlumata görə, yoxlama zamanı avtomobilin ön ayaqaltı hissəsindən və ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 8200 ədəd "NZ Gold Compact"markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.