XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2017 - 12:43

Bələdiyyələr büdcələri ilə bağlı sakinlərəhesabat verəcəklər

MM 1

Azərbaycanda bələdiyyələr yerli büdcənin xərclənməsi ilə bağlı mütəmadi olaraq vətəndaşları məlumat verməli olacaqlar.

Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanuna əlavələr layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanunun 13-cü maddəsinə belə bir cümlə əlavə olunur: “Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim etdiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. /APA