XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2017 - 14:13

Ermənistan parlamentinin iclası yetərsay olmadığındanbaş tutmayıb

erməni m

Ermənistan parlamentinin iclası baş tutmayıb.

İclas yetərsay olmadığından keçirilməyib.

Məlumata görə, iclasın keçirilməsi üçün ən azı 66 millət vəkilinin iştirakı tələb olunsa da, cəmi 39 deputat qeydiyyatdan keçib.

Parlament sədrinin müavini Eduard Şarmazanov bildirib ki, saat 15:00-dək lazımi sayda deputat qeydiyyatdan keçməsə, reqlamentə uyğun olaraq yeni parlament seçkilərinə dair təşviqat kampaniyasına start veriləcək: “Mən istərdim ki, mayın 31-dək parlament hazırkı tərkibdə iclaslar keçirsin. Amma vəziyyət belədir ki, kvorum yoxdur. Biz mövcud reallığı qəbul etməliyik ”.

Qeyd edək ki, parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasına martın 5-də start veriləcək.  

Ermənistanda parlament seçkiləri aprelin 2-nə təyin olunub. /APA