XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

02 Mart 2017 - 21:44

Xarici ölkələrin hərbi attaşeləri Azərbaycan Ali Hərbi Məktəbində olublar –Açıqlama

mudafi%c9%99-nazirliyi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar.

Bu barədə Strateq.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 14 dövləti təmsil edən hərbi attaşelik aparatının 17 nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib və onları maraqlandıran suallar cavablandırılıb.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.