XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2017 - 14:53

Rusiyalı Ombudsman Azərbaycana müraciət edəcək –Lapşinə görə

tatyana-ombudsman

Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova Azərbaycanda həbsdə olan rusiyalı bloqer Aleksandr Lapşinin saxlanma şəraiti ilə tanış olması üçün azərbaycanlı həmkarı Elmira Süleymanovaya müraciət edəcək.

Bu barədə rusiyalı ombudsman "RİA Novosti"yə açıqlamasında deyib.

O bildirib ki, risklər zonasında işləyən xüsusi professional təbəqə kimi jurnalistlər xüsusi diqqət və hörmət tələb edir: “Belarusdan Azərbaycana ekstradisiya edilən Aleksandr Lapşin məsələsi ilə bağlı mən bəyanatla çıxış etmişdim. Azərbaycanlı həmkarımdan xahiş edəcəyəm ki, Aleksandr Lapşinin tibbi köməyə ehtiyacının və saxlanma şəraitindən narazılığının olub-olmaması ilə tanış olmaq üçün ona baş çəksin”.

Xatırladaq ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. /APA