XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

03 Mart 2017 - 16:18

Son 3 ayda nə qədər hərbi sursat tapılıb? –ANAMA-dan hesabat

mina 1

Tərtər rayonu Qaynaq kəndində əkin sahəsindən 1 ədəd raket mərmisi tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Strateq.az-a verilən məlumata görə, baxış zamanı 1 ədəd raket mərmisinin partladıcısı (QDT-90) və mühərrik hissəsinin partlamış qalıqları aşkar edilərək götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 03 mart 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 117 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 969 ədəd partlamamış hərbi sursat, 66 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 840 018 kv.m ərazi (415 596 kv.m ərazi əl ilə, 195 600 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 115 822 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.