XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

03 Mart 2017 - 17:24

Gömrükdə dollar əməliyyatı –Komitədən açıqlama

gomruk-komitesi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan vətəndaşının çantaları rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Həmin şəxs gömrük əməkdaşı tərəfindən saxlanılıb və ona məxsus çantalar təkrar yoxlanılıb:

"Nəticədə çantalardan birinin içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 400 ədəd – hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 40 min ABŞ dolları, digər çantanın içərisində isə 200 ədəd – hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 20 min ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır".