XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2017 - 19:14

Rus general minaya düşdü –Ayaqlarını, gözünü itirdi

pyotr-general-mina

Suriyanın Palmira şəhəri uğrunda döyüşlər zamanı Rusiya Silahlı Qüvvələrinin generalı ağır yaralanıb.

Rusiyanın Qərb Hərbi Dairəsinin hərbi hazırlıq üzrə idarə rəisi, general-mayor Pyotr Milyuxin Palmira yaxınlığında minaya düşüb. Nəticədə ayaqlarını və bir gözünü itirib.

Sayt hadisənin 1 həftə əvvəl baş verdiyini və generalın Moskvadakı Burdenko adına hospitala gətirildiyini yazıb.

"O, bizdədir. Bundan artıq nəsə deməyə hüququmuz yoxdur”, – deyə hospitalın 56-cı şöbəsindən bildirilib. /APA