XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2017 - 19:24

Deputatlar AŞPA-nın iclaslarında iştirak edəcəklər –Milli Məclisdən xəbər

meclis

Martın 6-da və 8-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi işlər və demokratiya, həmçinin Monitorinq Komitələrinin iclasları keçiriləcək.

Milli Məclisdən verilən məlumata görə, iclaslarda MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinə deputatlar Elxan Süleymanov və Sabir Hacıyev daxildirlər.

Tədbirlərdə Hökumət səviyyəsində korrupsiya, Yeni Tunis hökumətinin yürütdüyü siyasət, Belarusda vəziyyət və digər məsələlər müzakirə olunacaq.

Milli Məclisin deputatları müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd  və təkliflərini verəcəklər.

Martın 9-da və 10-da isə İspaniyanın Madrid şəhərində AŞPA Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək.

İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova iştirak edəcəklər.

İclaslarda Albaniyada, Bolqarıstanda, Serbiya və Ermənistanda keçiriləcək parlament seçkiləri, Türkiyədə Konstitusiya dəyişiklikləri, AŞPA çərçivəsində gender bərabərliyi, Rusiya Parlamenti ilə AŞPA arasında əməkdaşlıq və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər martın 12-də başa çatacaq. /APA