XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2017 - 21:00

Son şəhidimiz Qazaxda minlərlə insanın iştirakı ilə dəfn olundu –FOTO

suleyman-sehidd-qazax

Azərbaycan Ordusunun, düşmənlə təmas xəttində gedən son döyüşlərdə şəhid olan hərbçisi Süleymanov Süleyman Elçin oğlu doğulduğu Qazax rayonunun Daş Salahlı kəndində son mənzilə yola salınıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə rayon sakini iştirak edib.

Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib. Şəhid hərbiçimizin cənazəsi Azərbaycan Respublikasının Dövlət Himni və yaylım atəşi altında kənddəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidin tabutuna bürünmüş üçrəngli Azərbaycan Bayrağı onun atasına təqdim edilib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü S. Süleymanov Ağcabədi-Beyləqan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!