XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2017 - 07:51

Parisdə və Madriddə AŞPA-nınkomitə iclasları keçiriləcək

Assambly

Martın 6-da və 8-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Siyasi İşlər və Demokratiya, həmçinin Monitorinq komitələrinin iclasları keçiriləcək.

İclaslarda Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətinə deputatlar Elxan Süleymanov və Sabir Hacıyev daxildirlər.

Tədbirlərdə hökumət səviyyəsində korrupsiya, Yeni Tunis hökumətinin yürütdüyü siyasət, Belarusda vəziyyət və digər məsələlər müzakirə olunacaq.

Milli Məclisin deputatları müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəklər.

 

Martın 9-da və 10-da isə İspaniyanın Madrid şəhərində AŞPA Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək.

İclaslarda Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova iştirak edəcəklər.

İclaslarda Albaniyada, Bolqarıstanda, Serbiya və Ermənistanda keçiriləcək parlament seçkiləri, Türkiyədə Konstitusiya dəyişiklikləri, AŞPA çərçivəsində gender bərabərliyi, Rusiya parlamenti ilə AŞPA arasında əməkdaşlıq və digər mövzularda fikir mübadiləsi aparılacaq.  (Azərtac)