XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 14:30

Azərbaycan elektrik enerjisi ixracını3 dəfə artırıb

Azərbaycandan bu ilin yanvar ayında xarici ölkələrə 1 383,08 min ABŞ dolları dəyərində elektrik enerjisi satılıb. 

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 990,25 min dollar yaxud 3,5 dəfə çoxdur.

Yanvarda ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 27 530,83 min kVt/saat elektrik enerjisi satılıb ki, bu da 2016-ci ilin yanvarına nisbətən 18 334,83 min kVt/saat yaxud 3 dəfə çoxdur.

Elektrik enerjisi ixracı Azərbaycandan ümumi ixracın 0,17%-ni təşkil edib.