XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2017 - 15:54

Ukraynada azərbaycanlı iş adamınınrestoranı partladılıb

Ukrayna polis

Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoranı partladılıb.

Donetsk Azərbaycanlıları Konqresindən verilən məlumata görə, hadisə martın 2-də baş verib. Partlayış nəticəsində restoranın sahibi, əslən Azərbaycanın Zərdab rayonundan olan 60 yaşlı İsmayıl Quliyev yaralanıb.

O, xəstəxanaya yerləşdirilib, müalicə olunur.

Hadisəni törədənlər maskalı olublar, onların kimliyi məlum deyil.

Qeyd edək ki, son vaxtlar Ukraynada azərbaycanlı iş adamlarına və onlara məxsus obyektlərə qarşı hücumlar, adam oğurluqları artıb, 25 azərbaycanlının naməlum şəxslər tərəfindən oğurlandığı bildirilir. Bu faktlarla bağlı Ukrayna Baş Prokuroluğu tərəfindən cinayət işi başlanılıb.  (APA)