XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2017 - 08:56

BMT:"İlin əvvəlindən Ukraynanın münaqişə zonasında 20 dinc sakin ölüb"

Ukrayna 1

İlin əvvəlindən Ukraynanın şərqində ən azı 20 nəfər ölüb, 91 nəfər yaralanıb.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) məlumatında bildirilir.

"İlin əvvəlindən HMƏİ 111 dinc sakinin zərər çəkdiyini təsdiq edib: 20 nəfər ölüb, 91 nəfər yaralanıb", — deyə idarənin yanvarın 1-dən fevralın 28-ə qədər olan hesabatında bildirilir.

BMT-nin məlumatına görə, Ukraynanın şərqində münaqişə başlayandan 9 min 621 nəfər ölüb, daha 22 min 420 nəfər yaralanıb. 3,8 milyon nəfər müxtəlif humanitar dəstəyə ehtiyac duyur. /"Report"