ABŞ-da prezident Donald Trampın tərəfdarları və əleyhdarlarının marşı zamanı baş verən toqquşmalardan sonra 20-dən çox insan polis tərəfindən saxlanılıb.
Marşlar şənbə günü bütün ölkə üzrə keçirilib, lakin ciddi toqquşmalar qeydə alınmayıb.
Prezident tərəfdarlarının "Tramp uğrunda marş" adı altında keçirilən aksiyalar Nyu-York, Neşvill, Boston, Denver və Mayami də daxil olmaqla təqribən 50 şəhərdə keçirilib.
Kaliforniya ştatının Berkli şəhərində marş zamanı tərəflər arasında qarşıdurma baş verib, ən azı 7 nəfər xəsarət alıb. Saxlanılanların üzərindən toxmaq, metal boru və lövhələr də daxil olmaqda müxtəlif təhlükəli əşyalar götürülüb. /"Report"