XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2017 - 12:25

Tramp:"Şvartseneqqer “Məşhurların tələbəsi” teleşousundan qovulub"

tramp

ABŞ prezidenti Donald Tramp kinoaktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartseneqqerin məşhur “Məşhurların tələbəsi” (The Celebrity Apprentice) realiti-şousundan getməsini şərh edib.

 D.Tramp A. Şvartseneqqerin teleşounun aşağı reytinqi olması səbəbindən qovulduğunu bildirib.

ABŞ prezidenti deyib ki, A.Şvartseneqqerin teleşoudan getməsi ilə heç bir əlaqəsi yoxdur: “Arnold Şvartseneqqer “Məşhurların tələbəsi” şousunu könüllü tərk etməyib, onu mənə görə yox, şounun reytinqinin aşağı olması səbəbindən qovublar. Əla bir şou təəssüf ki, belə başa çatıb”.

Bundan əvvəl A.Şvartseneqqer artıq “Məşhurların tələbəsi” şousunun aparıcısı olmağı arzulamadığını, çünki tamaşaçıların artıq şouya baxmaq istəmədiyini bəyan edib. A.Şvartseneqqer qeyd edib ki, bundan əvvəl şounun aparıcısı D.Tramp olub, ona görə ə şouya yaxşı münasibət formalaşmayıb.

Aktyor şounun reytinqinin hazırda aşağı olmasını da bununla əlaqələndirib. /APA