XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2017 - 17:34

Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişindəiştirak edəcək

qataryolu

 "Azərbaycan Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edəcək və iki ölkənin səyi ilə Rəşt-Astara dəmir yolunun inşası başlanacaq".

bunu İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə keçiridiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, hər iki ölkə enerji sahəsində əməkdaşlığa hazır olduğunu bəyan edir:

"İran Azərbaycanın neft və neft məhsullarının cənub sularına çatdırılmasında maraqlıdır və ümidvarıq ki, bu sahədə əməkdaşlığımız genişlənəcək. Ölkələrimiz müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atıblar və bu məsələdə zəruri razılaşmalar əldə edilib. Ümidvarıq ki, yaxın gələcəkdə bu layihələr həyata keçiriləcək". /"Report"