XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2017 - 01:05

Türkiyə və Almaniya XİN rəhbərləri arasındatelefon danışığı olub

Mövlud 4

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə almaniyalı həmkarı Ziqmar Qabriel arasında telefon danışığı olub.

Söhbət Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. Danışıqların təfərrüatı barədə məlumat verilmir.

Bundan əvvəl nazirlər arasında martın 4-də telefon danışığı baş tutmuşdu. Söhbət zamanı M.Çavuşoğlu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekcinin iştirakı ilə Almaniyada keçiriləcək tədbirlərin ləğvi ilə əlaqədar narahatlığını ifadə etmişdi. Nazirlər martın 8-də Almaniyada görüş keçirəcəkləri barədə razılığa gəlmişdilər. 

Qeyd edık ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya qarşı sərt çıxış edib. Dövlət başçısı türkiyəli nazirlərə qarşı hərəkətləri demokratiyaya zidd addım kimi qiymətləndirib. /APA