XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 19:55

Vasif Talıbov Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb –Müzakirə + FOTO

vasif-hindistan-sefir

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Ali Məclisin Sədri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında qonağa məlumat verib, muxtar respublikada iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatı, sənaye, təhsil, əczaçılıq, rabitə və yeni texnologiyaların inkişafından danışıb. Naxçıvandakı ali təhsil müəssisələrində dünyanın 12 ölkəsindən tələbələrin təhsil aldığını bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Hindistan arasında təhsil, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Səmimi qəbula görə minnətdarlıq edən səfir Sanjay Rana Naxçıvanın inkişafının onda böyük təəssürat yaratdığını qeyd edib və bura səfərindən məmnunluğunu bildirib. Səfir Naxçıvan Muxtar Respublikasında sənaye və kənd təsərrüfatının inkişaf etdiyini və Hindistanın bu sahələrdə əməkdaşlıq üçün hazır olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.