Almaniyanın Hamburq şəhərində Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun iştirakı ilə tədbirin məkanı dəyişdirilib.
Bu barədə türk diplomatik mənbələrdən bildirilib.
“Hamburqda tədbir ləğv edilməyib, sadəcə məkanı dəyişib”, – deyə mənbə qeyd edib. Onun sözlərinə görə, artıq nazir və onu müşayiət edən şəxslər Almaniyadadır.
Qeyd edək ki, martın 8-də Mövlud Çavuşoğlunun almaniyalı həmkarı Ziqmar Qabriel ilə görüşü nəzərdə tutulub.
APA