XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 08:23

BMT-nin baş katibi Şimali Koreyanı öhdəliklərəəməl etməyə çağırıb

Antoni

BMT baş katibi Antonio Quterreş Şimali Koreyanın həyata keçirdiyi raket sınaqlarını pisləyib.

Bu barədə BMT baş katibi adından yayılan açıqlamada deyilir.

“Ballistik raket buraxılışının həyata keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması deməkdir”, deyə A.Quterreş bildirib.

Baş katib Koreya Xalq Demokratik Respublikasını təxribatçı əməlləri dayandırmağa və beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərinə əməl etməyə çağırıb. “Bu addımlar regionda sülh və stabilliyə zərbə ciddi zərbə vurur”, deyə baş katib qeyd edib.

ABŞ, Cənubi Koreya və Yaponiya  Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. İclasın sabah keçirilməsi nəzərdə tutulur.

Martın 6-da Şimali Koreya Yapon dənizinə 4 ballistik raket buraxıb. Onlardan üçü Yaponiyanın ərazi sularına düşüb.  (APA)