XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 12:45

Deputatlar 13 qanunu müzakirəyə çıxarıb –Parlamentin bugünkü gündəliyi

meclis-1.jpg

Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası başlayıb.

Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 13 məsələ daxildir.

Bunlar Milli Məclisin komitə üzvünün seçilməsi, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin seçilməsi (3 məsələ), Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin illik məruzəsi, "Məktəbəqədər təhsil haqqında" (ikinci oxunuşda) qanun layihəsi, eyni zamanda "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Sərhəd Qoşunları haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında", "Lisenziyalar və icazələr haqqında", "Reklam haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişiklik layihələridir. /"Report"