XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 12:57

Elmar Məmmədyarov Rusiyanın baş nazir müavini ilə görüşüb –FOTO

elmar-roqozin

Azərbaycanın xarici işlər naziri  Elmar Məmmədyarov Rusiyaya səfəri çərçivəsində bu ölkə baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Dmitri Roqozinlə görüşüb.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, görüşdə bu il Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu vurğulanıb və bu dövr ərzində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi məmnuniyyətlə diqqətə çatdırılıb.

Hökumətlərarası Komissiyanın Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd olundu. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və humanitar təmasların xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Görüş əsnasında bir sıra sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.