XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 16:06

“Həmsədrlər bu ay Ermənistana səfər edəcək” –Stefan Viskonti

stefan-atet-fransa

ATƏT-in Minsk qrupu həmsədrləri bu ay Ermənistan və işğal olunmuş Dağlıq Qarabağ ərazisinə də səfər edəcəklər.

Bunu Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti deyib.

O, həmsədrlərin Azərbaycana bu həftə səfər edəcəyini xatırladıb: “Ermənistan prezidenti Serj Sarkisyanın bu gün Fransa səfəri başlayır və o, 3 gün burada olacaq. Həmsədrlərin Ermənistana səfəri nəzərdə tutulub. Sadəcə, gündəlikdə olan məsələlər səbəbindən bu səfər Azərbaycana səfərdən dərhal sonra olmayacaq”.

Diplomat bildirib ki, səfərin dəqiq tarixi yaxın vaxtlarda Ermənistan rəhbərliyi tərəfindən elan olunacaq. /APA