XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 17:58

QAT-da ermənilərin hədəfində olan özbək tarixçi ilə görüş –Akif Nağı qonağı təltif edib

akif-naqi

Qarabağ Azadlıq Təşkilatının (QAT) ofisində tanınmış özbək tarixçisi Şuxrat Barlasla görüş keçirilib.

QAT-dan Starteq.az-a verilən məlumata görə, QAT sədri Akif Nağı Ş.Barlasın həyatı, elmi fəaliyyəti ilə bağlı danışıb.

Özbək tarixçi isə yaradıcılığından bəhs edib, Azərbaycana, Özbəkistandakı Azərbaycan diasporuna ona göstərdikləri dəstəyə görə təşəkkürlərini çatdırıb. Sonra Ş. Barlas görüş iştirakçılarının suallarını cavablandırıb.

A.Nağı qonağa QAT-ın fəxri diplomunu, Qarabağa dair kitabları, sənədli filmin diskini təqdim edib.

Ş.Barlas erməni millətçiləri və terror təşkilatlarının Orta Asiya və Azərbaycanda törətdikləri qanlı olaylar, Ermənistanın Azərbaycan torpaqlarını işğalı, Qarabağ müharibəsi ilə bağlı bir neçə kitabın, onlarla məqalənin müəllifidir. Ş.Barlas bu əsərlərinə görə öz ölkəsində ermənilərin haqsız təzyiqlərinə və təqiblərinə məruz qalıb, ermənilər hətta ona qarşı cinayət işinin açılmasına nail olublar. Lakin Özbəkistan məhkəməsi onun haqqında ədalətli qərar çıxararaq, sərbəst buraxılıb.