XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 18:30

Azərbaycanda xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır –Şərtlər

Ali Hərbi Akademiya

Aprelin 1-dən 2017-2018-ci tədris ili üçün xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə – Heydər Əliyevadına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə, Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə ərizə qəbulu başlayır.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, qəbul iki mərhələdə aparılacaq.

Birinci mərhələdə abituriyentlər həmin təhsil müəssisələrində təşkil olunan həkim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanını verməlidir.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən etibarən ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir.

Qəbul qaydaları ilə bağlı daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar.

http://mod.gov.az/az/news/herbi-qulluqcu-hazirlayan-xususi-teyinatli-tehsil-muessiselerine-qebul-qaydalari-11163.html