XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 20:38

Çavuşoğlu ləğv olunmuş görüşü konsulluğun binasında keçirəcək –Almaniyada

cavus

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Almaniyanın Hamburq şəhərində bu günə  planlaşdırılan çıxışı Türkiyənin bu şəhərdəki Baş konsulluğunun binasında baş tutacaq.

Bu barədə “Spiegel”in yaydığı məlumatda bildirilib.

Hamburq şəhər administrasiyası bundan əvvəl Mövlud Çavuşoğlunun türk icmasının nümayəndələri qarşısında planlaşdırılan çıxışını ləğv edib. Qərar görüşün keçiriləcəyi məkanda şəraitin yanğın təhlükəsizliyi normalarına cavab verməməsi ilə əlaqələndirilib.

Mövlud Çavuşoğlunun çıxışı Almaniya vaxtı ilə 18.00-a (Bakı vaxtı ilə 21.00-a) planlaşdırılıb. /APA