XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 21:28

Həyat yoldaşı 8 Mart hədiyyəsi olaraq xanımına böyrəyini verdi –VİDEO

qadin-xesss

Uzun müddətdir həyat yoldaşının böyrək çatışmazlığından əziyyət çəkdiyini görən Amin Quliyev ona öz böyrəyini bağışlamaq qərarına gəlib. O, Səhiyyə Nazirliyinə müraciət edərək böyrək köçürülməsi ilə bağlı dövlət proqramından istifadə edib.

Həyat yoldaşından belə bir hədiyyə Arzu Quliyevaya gözlənilməz olub.

Uğurlu əməliyyat 8 Mart Qadınlar günü ərəfəsində gerçəkləşib. Cütlüyün vəziyyəti normaldır.

Fədakarlıq nümunəsinə imza atan ailə Siyəzəndə yaşayır və onların 4 övladı var. Həyat yoldaşının böyrəyi ilə sanki yenidən dünyaya gələn Arzu Quliyeva belə hədiyyəni heç vaxt unuda bilməyəcəyini deyir.

Strateq.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: