XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2017 - 23:53

“Bu maneələr bağlarımızı qopara bilməz” –Çavuşoğlundan Almaniyaya mesaj

cavusoglu

"Sistemli maneələrlə qarşı-qarşıyayıq. Lakin bu maneələr bağlarımızı qopara bilməz".

Bu sözləri Mövlud Çavuşoğlu Almaniyanın Hamburq şəhərində çıxışı zamanı deyib.

Nazir çıxışı zamanı prezident Rəcəb Tayyib Ərdoğanın və MHP lideri Dövlət Baxçalının salamını gətirdiyini bildirib:

“Açıq havada vətəndaşlarımızı üşütmək, ətrafdakıları narahat etmək istəməzdik. Əlbəttə, bunun məsuliyyətini toplantılarımızı ləğv edənlər daşıyır. 20 ildir ki, fəaliyyət göstərən salonu indi bağladılar. İndiyə kimi haradaydınız?

Buna sistematik manenin yaradılması deyilir. Almaniya hər zaman dost olaraq görmək istədiyimiz ölkədir. Lakin vətəndaşlarımıza edilən təzyiqlər dostluğumuza yaraşmır. Bizə demokratiya dərsi verməyə cəhd etməyin. Xahiş edirik ki, bu yanlış siyasətinizdən əl çəkəsiniz. Bizim prinsipimizdə dost ölkənin daxili işlərinə qarışmaq məsələsi yoxdur”.

Axar.az