XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2017 - 10:13

Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuşpoçt markası buraxıldı

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Los-Anceles şəhərində müvafiq poçt markası buraxılıb.

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə ediləcək poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, “Azərbaycan – ABŞ. 25 İllik Dostluq. 1992-2017” sözləri qeyd olunub.

Baş Konsulluğun təşəbbüsü və dəstəyi ilə buraxılan markanın ABŞ-da geniş şəkildə yayılması nəzərdə tutulur.