XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2017 - 17:40

“Rustavi-2” TV-nin sabiq həmsahibinə verilməsinə dair qərar ləğv edilib

rustavi tv

Gürcüstanın 25 ilə yaxındır Sovet İttifaqı tərkibindən çıxmasına baxmayaraq bu ölkə hələ də Avropa İttifaqı və NATO-ya üzv ölkələrin əldə etdiyi mətbuat azadlığı uğrunda mübarizə aparır.

Avropanın İnsan Haqları Məhkəməsinin "Rustavi-2" telekanalının onun sabiq həmsahibi, hökumətə yaxın Kibar Xalvaşinin nəzarətinə verilməsinə dair qərarı ləğv etməsi ilə kiçik də olsa qələbə əldə edilib. Bu kanal Gürcüstanın ən böyük müstəqil telekanalıdır.

"Bütöv Gürcüstanın bu qərarı gözlədiyini və Strasburqun 7 hakiminin hökmünü dəstəklədiyini desəm, səhv etmərəm. Bu o deməkdir ki, biz işləyirik. Bu o deməkdir ki, bizim redaksiya siyasətimiz davam edəcək. Komandamız illərdir gördüyü işini davam etdirəcək", – deyə kanalın xəbər direktoru Giorgi Laparaşvili bildirib.

"Rustavi-"2 hökuməti tənqid edən güclü kanal hesab edilir. Xalvaşinin kanalın nəzarətini ələ alması ilə azad mətbuatın susdurulacağı qorxuları mövcud idi. Məsələyə keçən həftədən etibarən baxan Avropanın İnsan Haqları Məhkəməsi Gürcüstanın Ali Məhkəməsinin qərarını ləğv edib.

2015-ci ildə Freedom House Gürcüstanı mediaya müdaxilə etməməyə çağırmışdı. /"Amerikanın səsi"