XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2017 - 20:02

Nazirlikdən “səfirliyin qarşısında doğacam” deyən qadınla bağlı –Açıqlama

sehiyye-nazirliyi

Səhiyyə Nazirliyi əri ilə birgə Bakıda yaşayan 32 yaşlı Rusiya vətəndaşı Yasmin Marinenkonun Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında doğmağa hazırlaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Azərbaycanın səhiyyə sistemində xidmət pulsuzdur:

"Əgər kimsə hansısa həkimdən, yaxud klinikadan şikayətçidirsə, Səhiyyə Nazirliyinin "qaynar xətti"nə zəng edə bilər. Bütün müraciətlərə vaxtında baxılır".

Hazırda Azərbaycan mediası Yasmin Marinenkonu axtarır ki, ondan 700-800 dollar tələb edən klinikanın və həkimin adını dəqiqləşdirsin.

Qeyd edək ki, qadın ailəsinin 700-800 dollara başa gələcək doğum xərclərini qarşılamağa imkanı olmadığını deyib. Yardım üçün müraciət etdiyi Rusiyanın diplomatik nümayəndəliyi isə ona kömək etməkdən imtina edib. /Sputnik.az