XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2017 - 19:36

NATO Parlament Assambleyasının yaz sessiyasıTbilisidə keçiriləcək

nato

NATO Parlament Assambleyasının yaz sessiyası 26-29 may tarixlərində Tbilisidə keçiriləcək.

Bu, İtaliyada Gürcüstan baş naziri Georgi Kvirikaşvili və NATO Parlament Assambleyasının sədri Paolo Alli arasında keçirilən görüşlə bağlı Gürcüstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda əksini tapıb.

G.Kvirikaşvili və P.Alli NATO Parlament Assambleyasının yaz sessiyasının 26-29 may tarixlərində Gürcüstan paytaxtında keçirilməsinin vacib olduğunu bildiriblər. P. Alli  görüşdə Gürcüstanın NATO-ya inteqrasiya sahəsində böyük uğurlar əldə etdiyini də bildirib. /APA