XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 11:03

Səhiyyə Nazirliyindən Bakı-Sumqayıt yolundakı ağır qəzayla bağlı açıqlama:"Ölənlərin sayı artıb"

sehiyye-nazirliyi

Bakı-Sumqayıt yolunda bu gün səhər baş verən ağır qəzada ölənlərin 5-ə çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb:

"Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir. Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır.Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub".