XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 11:34

Zakir Qaralov Cəlilabada gedir –Qəbul

zakir

Baş prokuror Zakir Qaralov martın 17-də Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Biləsuvar, Neftçala və Cəbrayıl rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə Strateq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq:

"Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Cəlilabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması İdarəsinin-437-28-79-nömrəli-telefonu-və[email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər".