XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 12:15

Sabah hava necə olacaq? –Proqnoz

hava 00

Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim  cənub-şərq küləyi ilə əvəz olunacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 3-5° isti, gündüz 10-15° isti, Bakıda gecə 3-5° isti, gündüz  13-15° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 45-55 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.