XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2017 - 18:29

Cocuq Mərcanlıda daha 6 evə baxış keçirildi,xeyli silah-sursat aşkarlandı

cocuq-mercanli

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursatlar tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, bu gün ərzində kənddə 6 evə baxış keçirilib.

Baxış zamanı 944 ədəd qəlpə, 7 ədəd partlamamış hərbi sursat (2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) və 5 ədəd  TM-62P3 minasının gücləndiricisi) və 3 ədəd tank əleyhinə mina  (TM-57) aşkar edilib.

Nəticə etibarilə 62 648 kv.m ərazi (5 148 kv.m əllə, 16 500 kv.m mexaniki üsulla, 41 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.