XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 19:08

Deputatlar Almaniyaya səfər edəcək –Milli Məclisdən açıqlama

meclis-1.jpg

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Rövşən Rzayev  martın 9-da Almaniyanın paytaxtı Berlinə səfər edəcəklər.

Parlamentdən  verilən məlumata görə, deputatlar Almaniya Bundestaqında olacaqlar, həmkarları ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində    əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq.

Səfər martın 15-də başa çatacaq.

APA