XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2017 - 19:26

“Faciəyə səbəb olan mikroavtobusa tərəfimizdən fərqlənmə nişanı verilməyib” –Nazirlik

rabite-2

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Nazirlikdən verilən məlumata görə, marşrutu üzrə sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib: "Faciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb".

Xatırladaq ki, hadisə nəticəsində 5 tələbə ölüb, 17-si yaralanıb.

Strateq.az